
“Sabah”ın U-17 komandası yenə çempion oldu
- 17:20
- 47
U-17 Qızlar Liqasında növbəti oyunlar keçirilib.
Rekord.az xəbər verir ki, “Sabah”ın qızlardan ibarət komandası evdə “Zaqatala City” ilə qarşılaşıb.
Oyun “Sabah”ın böyük hesablı qələbəsi ilə nəticələnib - 14:0. “Sabah”ın qollarına Tərgül Qəniyeva (7), Mehri Məmmədzadə (4), Aysu Əsədova (2) və Qönçə Quluzadə (1) imza atıblar.
Bu qələbədən sonra Mehdi İbrahimovun baş məşqçisi olduğu komanda çempionatın sonuna 2 tur qalmış çempionluğu təmin edib.
“Sabah”ın qızlardan ibarət U-17 komandası ötən il də mövsümü çempion kimi başa vurmuşdu.