Sabiq klub prezidenti koronavirusdan öldü
- 26 Mar 2020 15:42
- 750
Niderlandın “Vitess” klubunun sabiq prezidenti Kes Bakker 76 yaşında dünyasını dəyişib.
Rekord.az "De Gelderlander"ə istinadən xəbər verir ki, o, koronavirus infeksiyasına yoluxduğu üçün vəfat edib.
Bakker xəstəxanaya martın 21-də çatdırılıb. Onun ağ ciyərində xərçəng şişi də olub.
Qeyd edək ki, Kes Bakker 2003-2004, 2008-2009 və 2016-2017-ci illərdə "Vitess"in prezidenti postunu tutub. 2017-ci ildə bu klub tarixində ilk dəfə Niderland Kubokunu qazanıb.