Sabiq “Xəzər Lənkəran”lı Ankara klubunda
- 26 Dek 2019 17:20
- 864
Türkiyəli mütəxəssis Oktay Dərəlioğlunun yeni iş yeri məlum olub.
Rekord.az xəbər verir ki, 44 yaşlı mütəxəssis “BAK Spor” klubunun baş məşqçisi təyin olunub.
Bu barədə Ankara təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Oktayla 2,5 illik müqavilə imzalanıb.
“BAK Spor” Türkiyənin 2-ci liqasının “Beyaz” qrupunda mübarizə aparır.
Oktay Dərəlioğlu futbolçu karyerası ərzində 2005/06 mövsümündə “Xəzər Lənkəran”da forma geyinib.