Şabran şəhəri Lokomotiv idman zalında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektoru tərəfindən "İdman hamı üçün" layihəsi çərçivəsində cüdo idman növü üzrə nümunəvi çıxışlar nümayiş olunmuşdur.

Rekord.az xəbər verir ki, yeniyetmələrin cüdo idman növünə marağının artırılması, rayonda idmanın kütləviliyinə nail olunması, idmanın bu növünün yeniyetmələr arasında təbliğ olunması məqsədilə keçirilən idman tədbirində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Vüsal Alışov, İdarənin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Coşqun Abdullayev və 20 nəfər yeniyetmə idmançı iştirak etmişdir.