"18 Oktyabr - Müstəqilliyin Bərpası Günü"nə həsr olunmuş 6, 8, 10 və 12 yaşlı uşaq və yeniyetmə oğlan və qızlar arasında şahmat üzrə Şabran rayon birinciliyi keçiriləcək.
Rekord.az xəbər verir ki, birincilik 12-14 oktyabr, saat 15:00-da Şabran rayonu, Ağsaqqallar evində baş tutacaq.