Şabranda daha bir idman tədbiri
- 13 Apr 2024 11:40
- 284
Şabran şəhər 2 nömrəli tam orta məktəb-liseyin idman zalında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "İdman hamı üçün" layihəsi çərçivəsində boks üzrə kütləvi idman tədbiri keçirilmişdir.
Rekord.az xəbər verir ki, yeniyetmələrin boks idman növünə marağının artırılması, Şabran rayonunda idmanın kütləviliyinə nail olunması, yeniyetmə və gənclər arasında idmanın bu növünün təbliğ olunması, perspektivli idmançıların aşkar edilməsi məqsədilə keçirilmiş idman tədbirində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Vüsal Alışov, idarənin nəzdində fəaliyyət göstərən UGİM-in məşqçi-müəllimi Rövşən Qasımov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin nəzdində UGİŞM-in məşqçi-müəllimi Yasəf Quliyev və 25 nəfər yeniyetmə idmançı iştirak etmişdir.