Şabran şəhəri Heydər Əliyev adına parkda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyinin yaranmasının 30-cu ildönümü münasibətilə qol güləşi idman növü üzrə yeniyetmə və gənclər arasında Şabran rayon birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, birincilikdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun müdiri Süleyman Əliməmmədov, idarənin nəzdində fəaliyyət göstərən UGİM-in direktoru İlqar Məqami, qol güləşi üzrə respublika birinciliklərinin qalib və mükafatçıları Elşad Salmanlı, Cavid Məmmədov və yeniyetmə və gənc idmançılar iştirak etmişdir.

Gənclər və İdman Nazirliyinin yaranmasının 30-cu ildönümünün qeyd edilməsi, rayonda idmanın kütləviliyinə nail olunması, idmanın bu növünə yeniyetmə və gənclərin marağının artırılması, perspektivli idmançıların aşkar edilməsi və onların asudə vaxtının səmərəli təşkil olunması məqsədi ilə keçirilən yarışda 40kq, 50kq, 60kq, 70kq, 75kq və 80kq çəki dərəcəsində olan 50 nəfər həvəskar idmançı öz qüvvəsini sınamışdır.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışın sonunda qalib idmançılar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplom və medalları ilə təltif olunmuşlar.