Şabran şəhər Mərkəzi Stadionunda "Zərərli vərdişlərə yox deyək" başlığı altında yeniyetmələr arasında kross yarışı keçirilib.

Rekord.az xəbər verir ki, yarışın təşkili məqsədi ilə tərəfimizdən təşkilat komitəsi yaradılmış və hakimlər heyyəti təsdiq olunmuşdur.

Yarışda 30-dan çox həvəskar idmançı iştirak etmişdir.

I-III yerləri qazanan idmançılar Rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri-fərmanla təltif olunmuşlar.