Sahil Babayev Azərbaycan Boks Federasiyasının prezidenti seçildi
- 09 Fev 2022 13:00
- 592
Fevralın 9-da Azərbaycan Boks Federasiyasının (ABF) hesabat-seçki konfransı keçirilib.
Rekord.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbirdə federasiyanın baş katibi Nağı Səfərov federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat verib.
Ardınca ABF-in rəhbərliyinə seçkilər keçirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Boks Federasiyasının yeni prezidenti seçilib. O, bu postda Kəmaləddin Heydərovu əvəzləyib.
Konfransda həmçinin, Məhərrəm Talıbov və Vüsal Nəsirli federasiyanın vitse-prezidentləri, Fuad Hacıyev və Rövşən Hüseynov isə İdarə Heyətinə üzv seçiliblər.