Sahil Babayev hakimlərlə görüşdü
- 22 Apr 2022 15:30
- 559
Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Sahil Babayev hakimlərlə görüşüb.
Rekord.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə referilərin hazırkı durumu, ölkədə gənc hakimlərin yetişdirilməsi və onların beynəlxalq ulduzlarının artırılması yolunda vacib addımlar müzakirə edilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, boksun inkişafı və ölkədə daha kütləviləşməsi üçün boksçular və məşqçilərlə yanaşı, hakimlər də öz dəstəklərini verməlidirlər. Bununla bağlı onların işləri təkmilləşdirilməli, qərarları obyektiv və ədalətli olmalıdır.
Federasiya rəhbəri ABF-in yeni strukturunda Hakimlər Komitəsinin formalaşdırılması üçün tapşırıqlarını da verib. O qeyd edib ki, ədalət təmsilçilərinin təcrübəsinin artırılması üçün seminarlar təşkil olunacaq, onların beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil etməsi yolunda lazımı işlər görüləcək. Babayev əsas hədəfin 3 ulduza sahib hakimlərin sayının artırılması və yeni beynəlxalq dərəcəli referilərin yetişməsi olduğunu bildirib.
Hakimlər təcrübələrinin artırılması, yeni gənc nəslin yetişdirilməsi, bölgələrdə referiliyin inkişaf yolları, xanımların bu sahəyə cəlb olunması, həmçinin seminarların keçirilməsi üçün fikir mübadiləsi aparılıb.