Sahil Babayev Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan boksçularla görüşüb
- 15 İyn 2024 15:40
- 400
Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev və idarə heyətinin üzvləri Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan boksçularla görüşüblər.
Rekord.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri azərbaycanlı boksçuların Paris-2024 Yay Olimpiya Oyunlarına beş çəki dərəcəsində lisenziya qazanmasını yüksək qiymətləndirib. O, əsas hədəfin Parisdə qızıl medal qazanılması olduğunu vurğulayıb.
Nazir Azərbaycanın boks üzrə milli komandasının Olimpiya Oyunlarında lisenziya sayına görə Avropada ilk sıralarda olduğunu, dünya üzrə isə Özbəkistan, Qazaxıstan və Avstraliyadan sonra 4-cü yerdə qərarlaşdığını, hətta zəngin boks ənənələrinə malik ABŞ kimi ölkəni qabaqladığını, Kuba ilə eyni göstəriciyə malik olduğunu qeyd edib.
Boks üzrə millinin baş məşqçisi Pedro Roke yaradılan şəraitə görə federasiya rəhbərliyinə minnətdarlığını bildirib, boksçuların məsul yarışda uğur qazanması üçün çalışacaqlarını vurğulayıb.
Qeyd edək ki, iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək XXXIII Yay Olimpiya oyunlarında 5 boksçumuz – Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqo (92 kq), Məhəmməd Abdullayev (+92 kq) mübarizə aparacaq.