Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov bu gün Ağdaş rayonunda olub. "Rekord.az" xəbər verir ki, Ş.Bağırov rayonunun uşaq-gənclər idman-şahmat məktəbinin voleybol bölmələrində (2007-2008, 2009-2010, 2014-2015-ci il təvəllüdlü) məşq edən uşaqlarla və məşqçilərlə görüşüb.

Federasiya rəhbəri burada voleybol qruplarının məşqlərini izləyib, ölkədə voleybolun inkişafı istiqamətində görüləcək işlərdən danışıb. 
Sonda Ş.Bağırov idmançılara uğurlar arzulayıb və onlarla xatirə şəkli çəkdirib.