Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov qadınlardan ibarət millimizin üzvləri ilə görüşüb. "Rekord.az" xəbər verir ki, Ş.Bağırov dünən Belarusla keçirilən yoxlama oyunundan sonra zalda voleybolçularımızla söhbət edib.

Federasiya rəhbəri onların səhhəti ilə maraqlanıb. Həmçinin AVF rəhbərinə Avropa çempionatına hazırlıq prosesi haqqında məlumat verilib.

Ş.Bağırov millimizin qitə birinciliyində uğurla çıxış edəcəyinə inamını bildirib, voleybolçularımıza yarışda uğurlar arzulayıb.