Şahin Bağırov Naxçıvanda keçirilən seminarda iştirak edib
- 19 May 2024 22:10
- 266
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Naxçıvan Muxtar Respublikasında təşkil olunan “Aşağı yaş qrupu məşqçilərinin inkişafı” seminarında olub. "Rekord az" xəbər verir ki, seminar iştirakçıları ilə görüşən federasiya rəhbəri onlara uğurlar arzulayıb.
Ş.Bağırov həmçinin burada yeniyetmə voleybolçuların məşqini izləyib və onların valideynləri ilə görüşüb. AVF rəhbəri övladlarına voleybolla məşğul olmaq üçün şərait yaratdıqlarına görə bütün valideynlərə təşəkkürünü bildirib, uşaqların istedad və bacarıqları ilə yanaşı, həm də məhz valideynlərin daimi dəstəyi sayəsində yaxşı oyunçu ola biləcəklərini deyib. O, Naxçıvanda voleybolun daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.