Şahin Bağırov sığınacaqdakı uşaqlarla görüşüb
- 05 İyn 2023 23:15
- 341
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov və türkiyəli mütəxəssis Şahin Çatma Gəncəyə səfər ediblər. "Rekord.az" xəbər verir ki, federasiyanın yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində baş tutan səfər zamanı qonaqlar Gəncə SOS Uşaq evində olublar. Onlar burada idmanla məşğul olmaq üçün yaradılmış şəraitlə maraqlanıb, voleybola həvəsi olan uşaqlarla söhbət ediblər. Həmçinin türkiyəli mütəxəssisin müəyyən etdiyi kriteriyalara uyğun gələn uşaqların qeydiyyatı aparılıb.
Sonda sığınacaqda yaşayan uşaqlara voleybol topları hədiyyə edilib.