Yaxşı büdcəyə və heyətə sahib olmasına baxmayaraq, "Səbail" son mövsümü 7-ci pillədə başa vurdu.

Rekord.az xəbər verir ki, çoxları bu nəticədən sonra baş məşqçi Şahin Diniyevin postundan göndəriləcəyini düşünür.

Lakin bizə daxil olan məlumata görə, hazırda "Səbail"də baş məşqçi dəyişikliyi gündəmdə deyil. Rəhbərlik Diniyevlə yola davam etmək, ona şans vermək niyyətindədir.