Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyevin mənzili qarət edilib.

Rekord.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində baş verib.

Belə ki, Diniyevin mənzilində olan ev əşyaları oğurlanıb. O, bundan sonra hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib. Araşdırma zamanı məlum olub ki, Şahin Diniyev mənzilini kirayə verib. Həmin mənzildə kirayə qalan qadın və onun tanışı ev əşyalarını elan saytına yerləşdirərək satıb. Daha sonra həmin qadın və tanışı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. (Report)