Şahin Diniyev "Səbail"in baş məşqçisi postundan istefa verəndən sonra onunla birlikdə oğlu, köməkçi-məşqçi Kərim Diniyev də komandanı tərk etdi.

Rekord.az xəbər verir ki, Şahin bəy hələ də işsiz olsa da, oğlu Kərim məşqçi kimi fəaliyyətini davam etdirir.

Belə ki, o, bir müddətdir I Liqa təmsilçisi "Difai"də baş məşqçi Novruz Əzimovun köməkçisi kimi fəaliyyət göstərir.