Şahmatçılarımızı FİDE reytinqindəki yeni mövqeləri bəlli oldu
- 01 Sen 2024 14:00
- 258
FİDE şahmatçıların sentyabr ayı üçün dünya reytinqini dərc edib.
Rekord.az xəbər verir ki, Azərbaycan şahmatçılarından ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov nail olub.
Qrosmeysterimiz 2733 xalla 17-ci pillədə qərarlaşıb. Teymur Rəcəbov (2700) 31-ci, Rauf Məmmədov (2637) 100-cü pillədə yer alıb.
Cədvələ 2832 xalla norveçli Maqnus Karlsen başçılıq edib.
Qadınların cədvəlində təmsilçilərimizdən ən yaxşı göstəriciyə Günay Məmmədzadə imza atıb. O, 2433 xalla 33-cü yeri tutub. Gövhər Beydullayeva (2395) 53-cü, Xanım Balacayeva (2384) 62-ci, Ülviyyə Fətəliyeva (2378) isə 68-ci pillələrdə qərarlaşıb.
Qadınların reytinq cədvəlinə çinli Yufan Hu başçılıq edib.