Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun iştirakçıları futbol matçında meydana çıxıblar.

Rekord.az xəbər verir ki, oyunda Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Arkadi Dvorkoviç, FİDE-nin vitse-prezidenti, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov, FİDE rəsmiləri Berik Balqabayev, Viorel Boloqan, Dana Reizneçe-Ozola və digərləri iştirak ediblər.

Yoldaşlıq görüşündə FİDE və AŞF-nin birgə kollektivi şahmatçılardan ibarət komandaya qarşı mübarizə aparıblar. Hər biri 30 dəqiqədən və iki hissədən ibarət olan oyunun yekununda şahmatçılar 8:6 hesablı qələbə qazanıblar.

Qalib komandaya kubok təqdim olunub.