Şahmatçımız beynəlxalq turnirin qalibi oldu
- 02 İyn 2024 17:45
- 365
Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən "Dubai Open 2024" beynəlxalq turnirinin qalibi olub.
Rekord.az xəbər verir ki, son tura lider kimi başlayan təmsilçimiz bu gün heç-heçə oynayıb.
9-cu turda M.Muradlı çinli Dai Çanqrenlə xalı yarı bölüb.
Beləliklə, 9 turda ümumilikdə 7 xal toplayan Məhəmməd Muradlı "Dubai Open 2024"ü qalib kimi başa vurub. Şahmatçımız həmçinin 16 000 ABŞ dolları mükafat əldə edib.
6,5 xal toplayan digər şahmatçımız Eltac Səfərli 2-6-cı yerləri bölüşdürüb. O, əlavə əmsallara görə 6-cı yeri tutub.
Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov yarışdan sonra şahmatçılarla görüşüb, eyni zamanda M.Muradlını qələbə münasibətilə təbrik edib.