
Salah Premyer Liqa rekordunu təkrarladı
- 27 Fev 2025 17:00
- 123
İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah Premyer Liqada öz rekordunu təkrarlayıb.
Rekord.az xəbər verir ki, 32 yaşlı hücumçu buna "Nyukasl"a qalib gəldikləri (2:0) 27-ci turun oyununda məhsuldar ötürmə verməklə nail olub.
Misirli forvard cari mövsüm 42 qolun vurulmasında (25 qol, 17 assist) yaxından iştirak edib.
Daha əvvəl Salahın çempionatdakı ən yaxşı nəticəsi 2017/2018 mövsümündə qeydə alınmışdı. O, həmin vaxt 32 qol və 10 assistlə yadda qalmışdı.
Salah cari mövsüm bütün yarışlarda 39 matçda 30 qol və 22 məhsuldar ötürmənin müəllifi olub.