Salah rekorda şərik oldu
- 09 Mar 2020 12:40
- 658
“Liverpul” İngiltərə Premyer Liqasının 29-cu turunda “Bornmut”u məğlub edib.
Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, 2:1 hesabıyla bitən görüşdə komandasının ilk qolunu vuran Məhəmməd Salah yeni uğura imza atıb.
Belə ki, misirli hücumçu ardıcıl üç mövsümdür ki, “Liverpul”la 20-dən çox qol vurur.
Bu rekord daha əvvəl Maykl Ouenə məxsus idi. Keçmiş ingilis hücumçu “Liverpul”la 2000-01, 2001/02 və 2002/03 mövsümlərində 20-dən çox qol vurmuşdu.