Salahdan “Liverpul”da yubiley qolu
- 27 Dek 2024 17:40
- 55
İngiltərə Premyer Liqasının 18-ci turunun "Lester Siti" ilə matçı "Liverpul"un futbolçusu Məhəmməd Salah üçün əlamətdar olub.
Rekord.az xəbər verir ki, misirli hücumçu sözsügedən matçda fəqlənib. Bu, onun "Liverpul"la ev oyunlarında vurduğu 100-cü qol olub.
32 yaşlı forvard 100 qol göstəricisinə 142 ev oyununda çatıb.
Premyer Liqa tarixində ev matçlarında 100 qol həddini daha sürətli aşmağı bacaran yalnız üç futblçu var. Bunlar Serxio Aquero (125 oyunda), Tyeri Anri (113 matçda) və Alan Şirerdir (91 oyunda).
Salah 2017-ci ildən "Liverpul"un formasını geyinir. O, bu müddət ərzində 374 oyuna çıxıb, 230 qol vurub və 103 qolun ötürməsini verib.