“Şalke” iki futbolçusunu icarəyə verdi
- 04 Yan 2020 15:43
- 880
Almaniyanın “Şalke” klubu iki futbolçusunu icarəyə göndərib.
Rekord.az xəbər verir ki, söhbət hücumçus Mark Ut ilə yarımmüdafiəçi Stiven Skribskidən gedir.
Hər iki futbolçu digər Bundesliqa təmsilçilərinə icarəyə verilib. Mark Ut mövsümün sonunadək “Köln”də, Stiven Skribski isə “Fortuna”da oynayacaq. Bu barədə sözügedən klubların rəsmi saytları məlumat yayıb.
Maraqlıdı ki, Ut üçün “Köln” doğma klubdu. O, məhz bu klubun yetirməsidi. Amma həmin dövrdə əsas komandada oynamaq şansı qazanmayan almaniyalı forvard “Herenven”, “Herakles”, “Hoffenhaym” kimi komandalarda çıxış edib. 28 yaşl futbolçu “Şalke”də 2018-ci ildən çıxış etsə də, bu komandada əsas heyət üzvünə çevrilməkdə çətinlik çəkir. Cari mövsümdə 10 oyuna çıxan forvard 2 məhsuldar ötürmə ilə yadda qalıb. Ut yeni komandasında 23 nömrəli formanı geyinəcək.
Skribski isə “Yunion Berlin”in yetirməsidi. “Şalke”yə 2018-ci ildə transfer olunan almaniyalı futbolçu təsadüfi hallarda meydana buraxılır. 27 yaşlı yarımmüdafiəçi bu mövsüm ümumiyyətlə oynamaq şansı qazanmayıb.