Salyan rayon Gənclər və İdman İdarəsi və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə sektorunun birgə təşkilatçılığı ilə Salyan şəhər 9 saylı tam orta məktəbin idman zalında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və 15 iyun Milli Qurtuluş Gününə həsr edilmiş ümumtəhsil şəhər məktəbləri arasında voleybol idman növü üzrə rayon birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Əlişir Əliyev yarış iştirakçılarını salamlayaraq bildirdi ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Ulu Öndər idmançıların cəmiyyətdəki rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni edirdi. Onun siyasətini Prezident cənab İlham Əliyev uğurla davam etdirir.Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir.

Püşkatmadan sonra birinciliyə start verildi. Maraqlı idman mübarizəsi şəraitində keçən birinciliyin sonunda III yeri şəhər 2 saylı tam orta məktəbin komandası, II yeri şəhər 7 saylı məktəb-liseyin komandası , I yeri isə şəhər 6 saylı tam orta məktəbin komandası qazandı. Şəhər 9 saylı tam orta məktəbin komandası birinciliyin fərqlənən komandası oldu. Sonda qaliblər Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olundu