Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Salyan şəhər 2 saylı tam orta məktəbin atıcılıq tirində "İdman hamı üçün" layihəsi çərçivəsində güllə atıcılığı idman növü üzrə nümunəvi çıxışlar təşkil olunmuşdur.

Rekord.az xəbər verir ki, idmançılar güllə atıcılığı idman növü üzrə təcrübəli məşqçi-müəllim İlkin Əhmədlinin rəhbərliyi ilə, güllə atıcılığı üzrə nümunəvi çıxışlar nümayiş etdirmişlər.

İdman tədbirinin təşkilində əsas məqsəd rayonda güllə atıcılığı idman növünə marağın artırılması və sağlam həyat tərzinin təbliğidir.