Saman Nərimancahanla bağlı qalmaqal bitmir: meneceri Ceyhun Sultanovu ittiham edir
- 25 Fev 2020 13:00
- 1073
"Neftçi"nin yeni transferi Saman Nərimancahanla bağlı qalmaqal davam edir.
Rekord.az xəbər verir ki futbol meneceri kimi fəaliyyət göstərən Quba "Şahdağ"nın prezidenti Xanbaba Daşlı iranlı futbolçunun meneceri kimi məhz özünü təqdim edir.
Buna görə təqdimat mərasiminə dəvət almadığı üçün narazılığını ifadə edən və bununla bağlı mətbuata da açıqlama verən Daşlı hələ də haqqlarının bərpa olunmadığını düşünür. Bu məsələdə isə "Neftçi"nin idman direktoru Ceyhun Sultanovu ünahkar bilir: "Saman Nəriancaanı "Neftçi"yə mən gətirmişəm. Onun Azərbaycanakı yeganə qanuni meneceri mənəm. Hətta klubun prezidenti Kamran Quliyev də "CBC Sport"da qonaq olanda mənim adımı çəkmişdi. Mən "Neftçi"ni ürəkədən sevən biriyəm və bu camiyədən çıxmışam. Ona görə bu məsələni tez-tez günəmə gətirmək istəmirəm. Klubun mətbuat katibi yazır ki Xanbaba özünü "Neftçi" ilə reklam eliyir. Bir tərəfdən onun bu cür açıqlamasını normal qəbul edirəm. Başqa nə deməliir ki? Amma mən bu məsələəd özümü haqlı görürəm və haqqımı tələb edirəm. Menecer haqqımı. Futbolçunun atası ilə də danışmışam özü də mart ayında Bakıya gələcək. Neçə müddətdir ki Ceyhun Sultanovla əlaqə saxlamaq olmur. Daha doğrusu zənglərimə cavab vermir. Mesaj yazıram oxuyur yenə cavab vermir. Onun hərəkəti "Neftçi" adına yaraşmır. Mən "Neftçi"də işləsəm öz adıma xələl gəlməsinə razı olaram amma "Neftçi"nin yox. Guya mən "Neftçi"dən nə istəyirəm ki 50 min istəmirəm 100 min istəmirəm. Cüzi komision haqdı. Yenə deyirəm bu mənim haqqımdı. Əgər mən haqsızamsa Ceyhun Sultanov çıxıb açıqlama versin və mənim haqsız olduğumu sübut eləsin".
Qeyd: Qarşı tərəfə də tribuna verməyə hazırıq.