
"Şamaxı" bu futbolçuları saxlaya bilməyəcək
- 10 Apr 2025 15:00
- 208
Mövsümün sonunda bir sıra aparıcı futbolçular "Şamaxı"dan ayrılacaq.
Rekord.az-a daxil olan məlumata görə iki futbolçunun komandada qalmayacağı dəqiqləşib.
Bunlar qapıçı Rikardo Fernandeslə hücumçu Leroy Mikelsdi. Hər ikisinin müqaviləsi mövsümün sonunda başa çatır və hər ikisinə "Şamaxı"da aldıqlarından daha yüksək məbləğdə müqavilə təklifi var. Həmin təkliflər qarşısında "Şamaxı"nın bu futbolçuları saxlayacağı inandırıcı görünmür. Üstəlik, Ayxan Abbasovun U-21-ə baş məşqçi təyin olunmasından sonra növbəti mövsümdən "Şamaxı"da daha çox U-21 üzvlərinin yer alacağı gözlənilir.