Bu mövsümdən “Region Liqası”nda çıxış edən və uğurlu çıxışı ilə yadda qalan “Şamaxı”nın sponsor axtarışına çıxması haqda məlumat vermişdik. Bu işdə yerli icra hakimiyyətinin də fəal olduğu deyilir.

Rekord.az xəbər verir ki şamaxılılar növbəti mövsüm üçün I Divizionda oynamağı düşünür.

Əldə etdiyimiz məlumata görə yaxınlara bununla bağlı sənədləşmə işlərinə start veriləcəyi gözlənilir.