
"Şamaxı" legionerlərdən imtina edəcək?
- 13:00
- 177
Ayxan Abbasovun U-21 millisinə baş məşqçi təyin olunmasından sonra "Şamaxı"nın millinin əsas bazası olacağı gözlənilir. Xüsusilə gənclər millimizin aparıcı üzvlərinin bu kluba cəlb ediləcəyi gözlənilir. Belə olan halda legionerlərdən imtina olunacaqmı?
Rekord.az-a daxil olan məlumata görə, komanda millinin bazası kimi formalaşdırılsa da, legionerlərdən imtina olunmayacaq.
Sadəcə, əcnəbilərlər bağlı limit olacaq. Əsas heyətdə daha çox yerli gənclər oynayacaq. Amma ən azı 4 legionerin də əsas heyətdə oynaması nəzərdə tutulub. Bu baxımdan yayda komandaa yeni əcnəbilərin dəvət olunması gündəmdədir.