"Şamaxı" ötən ilin maaş borclarını ödədi AÇIQLAMA
- 15 Sen 2024 12:00
- 335
"Şamaxı" klubu futbolçularının ötən ildən qalan bütün maaşlarını ödəyib.
Bu haqda məlumatı Rekord.az-a klub rəsmisi Kamran İsmayılov deyib: "Bu məsələ tam həll olunub. Ötən mövsüm komandamızda forma geyinib, yayda ayrılan futbolçuların da qalıq maaşları qəpiyinə qədər ödənilib".
Qeyd edək ki, bir müddət bundan öncə I Liqada "Şamaxı" forması geyinən və yayda komandadan göndərilən bəzi futbolçular ötən mövsümün son iki ayının maaşlarını almadıqlarını bildirmişdilər. Hətta qeyd etmişdilər ki, "Şamaxı" rəhbərliyi komandadan ayrılanlara heç bir ödənişin edilməyəcəyini onlara deyib.