
"Şamaxı" Tovuza hücumçusuz gedəcək
- 15:00
- 33
Misli Premyer Liqasının 32-ci turunda səfərfə "Turan Tovuz"un qonağı olacaq "Şamaxı" ciddi problemlə üzləşib.
Rekord.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda səfərə hücumçusuz gedəcək.
Till "Kəpəz"lə oyunda qırmızı vərəqə alaraq, cəzalı duruma düşüb. Mikels isə zədədən sonra hələ də tam olaraq bərpa olmadığı üçün onun da Tovuzda meydançaya çıxacağı sual altındadır.