“Şamaxı”, “Turan Tovuz” və “Sumqayıt” klubları cərimələndi
- 11 Okt 2024 14:00
- 164
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Premyer Liqanın 9-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Səbail” – “Şamaxı” oyununda “Şamaxı” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı” komandası 700 manat cərimə edilib.
“Səbail” – “Şamaxı” oyununun 63-cü dəqiqəsində “Şamaxı” komandasının 93 nömrəli futbolçusu Brahim Konate ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Şamaxı” komandası 500 manat cərimə edilib.
“Turan Tovuz” – “Zirə” oyunu bitdikdən sonra “Turan Tovuz” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Turan Tovuz” klubu 800 manat cərimə edilib.
“Sumqayıt” – “Qarabağ” oyununda “Sumqayıt” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Sumqayıt” klubu 800 manat cərimə edilib.