Şamaxıda fitness üzrə idman tədbiri
- 09 Sen 2024 11:43
- 163
Şamaxı Şəhər Stadionunda "İdman hamı üçün" layihəsi çərçivəsində fitness idman növü üzrə idman tədbiri keçirildi.
Rekord.az xəbər verir ki, tədbirdə yeniyetmələr proqrama qoşularaq, peşəkar məşqçi-müəllim Elvin Eynalovun rəhbərliyi altında fitness idman növü haqqında ətraflı məlumat əldə etdilər.
Qeyd edək ki, təlimin təşkilində məqsəd əhali arasında idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.