Şamaxıda Grappling idman növü üzrə master-klass təşkil olunub
- 24 Noy 2023 15:15
- 273
"Şamaxı" İdman Klubunda Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığl ilə “Heydər Əliyev İli"nə həsr olunmuş Grappling idman növü üzrə master-klass təşkil olunub.
Rekord.az xəbər verir ki, tədbirdə yeniyetmələr proqrama qoşularaq, məşqçilər-Şəbnəm Bənnayeva və Anar Məmmədovun rəhbərliyi altında müxtəlif fəndlər, o cümlədən Grappling idman növü haqqında ətraflı məlumat əldə ediblər.
Qeyd edək ki, təlimin təşkilində məqsəd əhali arasında idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir