
Şamaxıda güləş üzrə ustad dərsləri
- 19 Mar 2025 13:45
- 51
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Şamaxı şəhər stadionunun güləş zalında SSRİ idman ustası Elxan Quliyevin rəhbərliyi altında "İdman hamı üçün" layihəsi çərçivəsində sərbəst güləş idman növü üzrə ustad dərsi keçirildi.
Rekord.az xəbər verir ki, Elxan Quliyev yetirmələrinə sərbəst güləş idman növü haqqında ətraflı məlumat verərək müəyyən texniki fəndləri əyani icra edərək nümayiş etdirdi.
İdmançılar bu fəndlərə maraqla baxaraq öz aralarında təkrar edərək fəndlərin necə icra edilməsini öyrəndilər.
Sərbəst güləş üzrə məşğələnin keçirilməsində məqsəd sağlam həyat tərzinin təbliğ olunması,yeniyetmə və gənclər arasında sərbəst güləş idman növünə marağın artması və asudə vaxtlarını səmərəli keçirmələridir.