Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "Şamaxı" idman klubunda Pankration idman növü üzrə Ustalığa namizəd Orxan Hacıyevin rəhbərliyi altında "İdman hamı üçün" layihəsi çərçivəsində Pankration idman növü üzrə ustad dərsi keçirildi.
Rekord.az xəbər verir ki, təlim zamanı iştirakçılar qızışdırıcı fiziki hərəkətləri yerinə yetirdikdən sonra məşqçi- müəllim Orxan Hacıyev müxtəlif fəndləri,kombinasiyaları və taktiki hərəkətləri nümayiş edərək ətraflı izah etdikdən sonra idmançılar bu fəndləri təkrarlayaraq öyrənməyə çalışdılar.