
Şamaxıda qonaqlar qələbə qazandılar, Zirədəki matç təxirə salındı
- 23 Fev 2025 17:30
- 77
Bu gün Misli Premyer Liqasında 24-cü turun növbəti oyunları keçirilib.
Rekord.az xəbər verir ki, son gündə 2 oyun baş tutmalı idi.
“Şamaxı” evdə “Turan Tovuz”la üz-üzə gəlib. Bu oyun qonaqların qələbəsiylə yekunlaşıb.
Turun sonuncu matçı isə “Zirə” ilə “Kəpəz” arasında olmalı idi. Amma Zirəyə yağan güclü qar səbəbindən bu görüş təxirə salınıb.
Daha öncə “Neftçi” “Sumqayıt”a (1:0) qalib gəlib. “Araz-Naxçıvan” – “Səbail” (0:0) və “Qarabağ” – “Sabah” (1:1) matçlarında isə qalib müəyyənləşməyib.
Misli Premyer Liqası
24-cü tur
23 fevral
“Şamaxı” – “Turan Tovuz” 0:1
Qol: Aleks Souza, 30.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Kamran Əliyev.
Şamaxı şəhər stadionu, 14:30.
Şamaxı: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 5. Arsen Ağcabəyov, 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 12. Maykl Tuik, 32. Vasili Radenoviç, 93. Brahim Konate, 66. Vasili Bakiç, 33. Alfons Msanqa.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 14. Vüsal Məsimov, 23. Murad Vəliyev, 18. Cəlal Hüseynov, 19. Fəxri Məmmədli, 89. Cəfər Muxtarov, 30. Andrey Tırkovyanu, 3. Vladislav Veremeyev.
Baş məşqçi: Ayxan Abbasov.
Turan Tovuz: 1. İvan Konovalov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 40. Kauan Martins, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 8. Tural Bayramlı, 11. Ayxan Hüseynov, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 30. Mircamal Əlizadə, 6. Araş Qaderi, 29. Anton Kraçkovski.
Baş məşqçi: Kurban Berdıyev.
“Zirə” – “Kəpəz” 0:0 (təxirə salındı)
Hakimlər: Rauf Cabbarov, Rahil Ramazanov, Teymur Teymurov, Elçin Məsiyev.
Zirə İdman Kompleksinin stadionu, 17:00.
Zirə: 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 4. Ruan Renato, 90. Davit Volkov, 10. Georgi Papunaşvili, 70. İssa Cibrilla, 23. Rafael Utziq, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 7. Məqsəd İsayev, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Akka, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 18. Junior Martins, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Kəpəz: 1. Rojerio Santos, 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 19. Sadiq Şəfiyev, 26. Valdemar Almeyda, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili, 3. Mahamadu Ba, 88. Şevroni Mabatşoev.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 2. İlkin Qırtımov, 99. Əli Səmədov, 70. Nicat Süleymanov, 8. Elmir Tağıyev, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 9. Luis Paçu, 11. Trent Buhaqyar, 10. Kərim Lkuça.
Baş məşqçi: Azər Bağırov.