Şamaxı Olimpiya Mərkəzində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayon gənclər və idman sektorunun təşkilatçılığı ilə "İdman hamı üçün" layihəsi çərçivəsində "Taekvondo hamı üçün" məşğələləri keçirildi.

Rekord.az xəbər verir ki, tədbirdə yeniyetmələr proqrama qoşularaq, mütəxəssislərin rəhbərliyi altında taekvondo təlimi və fəndlər haqqında müxtəlif məlumatlar öyrəndilər və özünü müdafiə etmək bacarığı, sərbəstlik, düzgün tənəffüs, taekvondo idman növü haqqında ətraflı məlumat əldə etdilər.

Qeyd edək ki, təlimin təşkilində məqsəd əhali arasında idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.