
Şamaxıda veloyürüş
- 10 Mar 2025 12:00
- 91
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "İdman Həftəsi" çərçivəsində " 5 Mart-Bədən Tərbiyəsi və İdman Günü" münasibətilə veloyürüş keçirildi.
Rekord.az xəbər verir ki, veloyürüşün keçirilməsində məqsəd " 5 Mart-Bədən Tərbiyəsi və İdman Günü"nün qeyd olunması ,yeniyetmələri bu idman növünə həvəsləndirmək və asudə vaxtlarını səmərəli keçirtmək olmuşdur.