“Şamaxı” yay təlim-məşq toplanışında növbəti yoxlama oyununu keçirib.

Rekord.az xəbər verir ki, Küveytin “Əl-Yarmuk” klubu ilə qarşılaşan komanda 2:0 hesabı ilə qalib gəlib.

Azərbaycan komandasının heyətində Conatan Benteke dublla yadda qalıb.

Ayxan Abbasovun komandası daha öncə “Kəpəz”ə 2:1, “Pelikan”a 5:0, “Cəbrayıl”a isə 4:0 hesabı ilə qalib gəlmişdi.