“Şamaxı” qış fasiləsində ilk transferini reallaşdırıb. 


Rekord.az xəbər verir ki, komanda mərkəz müdafiəçisi Cəlal Hüseynovu heyətinə qatıb.


Bolqarıstanın “Arda” klubuna məxsus olan Hüseynov mövsümün sonuna qədər icarə əsasında komandamızda çıxış edəcək.


Xatırladaq ki, Cəlal Hüseynov 2022/23-cü illər mövsümündə də “Şamaxı” forması ilə 34 oyuna çıxıb.