"Şamaxı"nın əksər futbolçuları çıxılmaz duruma düşüb.

Rekord.az xəbər verir ki, komanda idman prinsiplərinə görə elitanı tərk etsə də, AFFA İcraiyyə Komitəsinin yekun qərarı olmadan heç nə məlum deyil.

Çünki komanda sayının artırılacağı və "Şamaxı"nın da elitada saxlanılacağı ehtimalı da yüksəkdir. Digər klublardan təklif alan "Şamaxı"lı futbolçular da məhz bu səbəbdəb qəti qərar verə bilmirlər. Çünki "Şamaxı elitada qalsa növbəti mövsüm üçün büdcə və iddianın artacağı gözlənilir. Təklif alan futbolçular da bu şansı itirmək istəmir. Amma digər tərəfdən, komandanın I Diviziona düşməsi təsdiqlənsə, o zaman təklif alan futbolçular aldıqları təklifi dəyərləndirmək şansını əldən vermiş olacaqlar.