"Şamaxı" ilk dəfə Premyer Liqada çıxış edəndə oyunlarına daha çox azarkeş gəlirdi.

Rekord.az xəbər verir ki, komanda I Diviziona düşüb yenidən elitaya döndükdən sonra əvvəlki azarkeşi yığa bilmir.

Sən demə, bunun ciddi səbəbi var imiş. Redaksiyamıza bununla bağlı məlumat verən şamaxılı azarkeşlər burada bilet satışının ciddi təsirinin olduğunu bildirir. Belə ki, komanda elitada oynadığı ilk ildə oyunlara giriş pulsuz idi. Lakin bu mövsümdən bilet satışı təşkil olunur. Biletlərin qiyməti isə 2 manatdı. "Qarabağ" və "Neftçi" kimi komandalarla oyunlarda isə qiymət 3 manata qaldırılır. Şamaxının futbol bölgəsi olmadığını da nəzərə alsaq, isanlar bu qədər pul verib bilet almaq istəmir. Təbii ki, burada maddi durum da rol oynayır. Yekunda da "Şamaxı"nın oyunları zamanı 2200 nəfər tamaşaçı tutumu olan stadionun yarısı boş olur.