Roman Qriqorçukun gedişindən sonra daha bir məşqçi "Neftçi"dən ayrılıb.

Rekord.az xəbər verir ki, söhbət fiziki hazırlıq üzrə məşqçi Ciordano Domenikodan gedir.

İtaliyalı məşqçinin fəaliyyəti ilk növbədə yeni baş məşqçi Samir Abasovu razı salmayıb. Belə ki, Abasov təyinatından bir müddət sonra futbolçuların fiziki hazırlığını yoxlayıb və göstəriciləri çox aşağı çıxıb. "Neftçi" futbolçularının fiziki hazırlığı ötən mövsüm "Sumqayıt"da forma geyinən futbolçuların fiziki göstəricilərindən də aşağı olub. Məhz bundan sonra Abasov Domenikonun göndərilməsinə qərar verib.