Emin Mahmudovun mövsümün sonunda "Neftçi" ilə müqaviləsi  başa çatır.

Rekord.az xəbər verir ki, futbolçu klubla 2023-cü ildə 2+1 formatında müqavilə bağlamışdı.

Mövsümün sonunda həmin müqavilənin ilk bəndi başa çatır. +1-in qüvvəyə minməsi üçün isə klubla futbolçunun qarşılıqlı razılığı olmalıdır. Əldə etdiyimiz məlumata görə, baş məşqçi Samir Abasov Eminin komandada qalmasını istəyir. Futbolçu da "Neftçi" qalmaq istəsə, tərəflər başa çatmış müqavilənin müddətini daha 1 illik uzadacaq.