Yeni yaradılan və "Region Liqası"nda çıxış edəcək "Qusar" komandasının stadion problemi ucbatından Bakıda məskunlaşacağını xəbər vermişdik.

 

Lakin Rekord.az xəbər verir ki, planda dəyişiklik olub.

 

Belə ki, qusarlılar hələlik paytaxtda yox, Sumqayıtda məskunlaşmağa qərar verib. Komanda bunun üçün Mehdi Hüseynzadə adına stadionu seçib. "Qusar"la bağlı digər maraqlı məqam isə "Zirə"dən yeni ayrılan Samir Abasovun bu komandada peyda olmasıdır. Belə ki əslən Qusardan olan Abasov həmyerlilərindən komandada məsləhətçi işləmək təklifi alıb. Hazırda işsiz olan sabiq "Zirə"li də buna etiraz etməyib. Abasov komandanın formalaşmasında yaxından iştirak edərək öz köməyini göstərəcək.