Samir Abasov "Neftçi"yə qayıdar-qayıtmaz bəzi maraqlı qərarlar verdi.

Rekord.az xəbər verir ki, Emin Mahmudovu yenidən əsas heyətə qaytaran 46 yaşlı məşqçi kapitan sarğısını da Ramil Şeydayevdən alıb gənc qapıçı Rza Cəfərlinin qoluna bağladı.

Şeydayevi isə ehtiyatda saxladı. Bizə çatan məlumata görə, Abasov komandanın kapitanı kimi yenə Emini görür və böyük ehtimalla 1-2 turdan sonra sarğı yenidən Eminə qayıdacaq.