U-19 millizin baş məşqçisi Samir Əliyevin AFFA ilə müqaviləsi başa çatsa da onun postunda qalıb-qalmayacağı hələlik bilinmir.

 

Rekord.az-a daxil olan məlumata görə, məsələ ilə bağlı qərar dekabrın sonunda veriləcək.

 

Qeyd edək ki, Əliyevin rəhbərliyi altında U-19 millimiz Avropa çempionatında uğursuz çıxış edərək qrupdan çıxa bilməyib.